Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində növbəti küçəyə asfalt salınıb

27 oktyabr 2023 | 16:35
Yevlax şəhərində növbəti küçəyə asfalt salınıb
Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir. Aparılan təmir tikinti işləri çərçivəsində küçə və parkların təmir edilməsi, həyətlərin yenidən qurulması, yaşıllıqların salınması, yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla icra olunur. Nəqliyyatın rahat, maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur. Həyata keçirilən abadlıq və quruculuq işləri ilk növbədə şəhərin inkişaf strategiyasına əsaslanır. Abadlaşan küçələr müasirləşən Yevlaxın simasına yeni çalarlar qatır.
Hazırda şəhərin Qarxunlu Əşrəfbəy küçəsində yeni asfalt örtüyünün vurulması işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında bordür düzülərək səkilər salınır, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulur, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilir. Eyni zamanda avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması da nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır və bunlara görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər