Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində növbəti küçədə-Fazil İsayev küçəsində əsaslı təmir işlərinə başlanılıb

05 sentyabr 2023 | 09:47
Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə növbəti, şəhərin böyük küçələrindən biri olan Fazil İsayev küçəsində əsaslı təmir işlərinə başlanılıb. Uzun müddət təmir edilmədən istismar olunması nəticəsində küçədə çalalar əmələ gəlmişdir ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu.
Təmir-tikinti işləri çərçivəsində hazırda küçədəki kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, təmizlik işləri aparılır , yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək frezlənir. Həmçinin küçədə olan kanalizasiya xətti yenidən qurulur.
Hazırlıq işləri başa çatdıqdan sonra küçəyə asfalt örtüyü salınacaq,beton səki daşları düzüləcəkdir.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır. Küçə sakinləri şəhərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Keçidlər