Yevlax şəhərində növbəti küçədə əsaslı təmir işlərinə başlanılıb
Yevlax şəhərində növbəti küçədə əsaslı təmir işlərinə başlanılıb
Yevlaxda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətlərində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin hərəkətinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə yollar təmir edilir, küçələr asfaltlanır. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin Həsən Bəy Zərdabi küçəsinə yeni asfalt örtüyünün vurulması üçün hazırlıq işlərinə başlanılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,Şəhərin ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır. Vətəndaşlar aparılan quruculuq və abadlıq işlərinə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.