Yevlax şəhərində növbəti iməcilik təşkil edilmişdir
12 oktyabr 2025 | 14:14
Yevlax şəhərində növbəti iməcilik təşkil edilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhər ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məsdəilə növbəti iməclik təşkil olunmuşdur.
İməcilik çərçivəsində Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən şəhərin prospekt və küçələrində yollar, işıq dirəkləri,yol nişanları, yol kənarındakı məhəccərlər,dayanacaqlar yuyularaq təmizlənmişdir. Eyni zamanda mövcud yaşıllıq sahələri suvarılmış, ərazilər alaq otlarından təmizlənmiş, toplanmış, tullantıların nəqliyyat vasitələri ilə ərazilərdən daşınması təmin olunmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, şəhərin ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq işləri davam etdirilir.






