Yevlax şəhərində növbəti iməcilik keçirilmişdir
22 mart 2025 | 12:43
Yevlax şəhərində növbəti iməcilik keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin mühafizəsinə töhfə verilməsi, yaşıllıq zolaqlarına qulluq göstərilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə şəhər ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilikdə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən prospekt və küçələrin səki kənarları,bardürlər,işıq dirəkləri,dayanacaqlar, parklardakı oturcaqlar, uşaq oyun avadanlıqları yuyularaq təmizlənmişdir.