Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində növbəti iməcilik keçirilib

27 mart 2023 | 13:25
 
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən iməcilik bütün şəhər ərazisini əhatə edib. İməcilik zamanı şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
Yevlax Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində yeni ağaclar, kollar, güllər əkilib. Yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.
İməcilik tədbirləri gün ərzində keçirilib və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması şəhərimizin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.
Keçidlər