Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində növbəti həyətdə abadlıq işləri həyata keçirilir

15 dekabr 2023 | 17:48
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Şəhərin Q.Quliyev küçəsi 3,4, Zərdabi küçəsi 2 ,Yeni Yevlax küçəsi 5, Nizami prospekti 44,46,48 ünvanlarda yerləşən ictimai yaşayış binalarını əhatə edən həyətdə geniş abadlıq-quruculuq işləri davam etdirilir. Qeyd edilən ünvanlarda ictimai yaşayış binalarının fasadı, blokları əsaslı şəkildə təmir olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir. Binaların bloklarına giriş hissələrinə seyf qapılarının quraşdırılması planlaşdırılır.Hazırda binaların həyətində torpaq işləri görülür, bardurlər düzülür. Bundan əlavə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları quraşdırılır. Eyni zamanda həyətə yeni tamet-bardur daşlarının, asfalt, qazon örtüyünün vurulması, yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda digər ünvanlarda da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Keçidlər