Yevlax şəhərində küçələrin əsaslı təmiri işləri davam etdirilir
Yevlax şəhərində küçələrin əsaslı təmiri işləri davam etdirilir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Yevlaxda abadlıq qurucluq işləri davam etdirilir. Belə ki, Şəhərdə küçə və prospektlər asvatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, kənd yolları yenidən qurulur, sakinlər asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, ictimai yaşayış binalarının həyətləri abadlaşdırılır.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Rəsulzadə, Vidadi, R.Behbudov və Yeni Yevlax küçələrində təmir yenidən qurma işləri həyata keçirilir. Belə ki, sözügedən küçə yolları uzun illərdir istismar edildiyindən, çökmələr, deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirə ehtiyac yaranmışdı. Bu səbəbdən də həmin küçələrdə layihəyə uyğun olaraq işlər həyata keçirilməyə başlamışdır.
Görülən işlər çərçivəsində şəhərin 1150 metr uzunluğunda Rəsulzadə küçəsinə 14500 kv metr asfalt örtüyü döşənməsi, 468 p/met beton səki daşları düzülməsi, 270 metr uzunluğunda R.Behbudov küçəsinə 2144 kv metr asvalt örtüyü döşənməsi, Yeni Yevlax küçəsinin Nizami prospektindən Q.Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsinə isə 3050 kv metr asvalt örtüyü döşənməsi, 490 kv metr hissəsinə tamet-piltə daşları, 480 p/metr hissəsinə isə beton səki daşları (bardür) düzülməsi işləri aparılır. Bundan başqa uzunluğu 1100 metr olan Vidadi küçəsində asfaltlanma işləri yekunlaşmışdır. Hazırda küçəyə 2200 p/metr beton səki daşları (bardür) düzülür. Küçədə 40 ədəd müsir işıqlandırma dirəklərinin quraşdırılacaqdır.
Qeyd edək ki, Yevlax şəhəri ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.