Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində küçələrin asfaltlanması işləri davam etdirilir

09 noyabr 2024 | 15:51
Yevlax şəhərində küçələrin asfaltlanması işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində, yollarında əsaslı təmir işləri davam etdirilir. İşlər çərçivəsində F.İsayev küçəsindən Qarabağ küçələrinin kəsişməsinədək uzunluğu 580, eni 6 metr olan küçələrarası yola 3480 kv metr yeni asfalt örtüyü salınmışdır.
İşlərə başlamazdan əvvəl yolun kənarında uzunluğu 63 metr olan açıq kanalizasiya xətti borulara salınaraq yer altına salınmış, yolun genişləndirilməsi ilə əlaqədar ərazidəki 4 ədəd elektrik dirəyinin yeri dəyişdirilmişdir.
Şəhər ərazisindəki təmirə ehtiyacı olan küçələrin mərhələli şəkildə təmir olunması işlər davam etdirilir.
Keçidlər