Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində küçələrin asfaltlanması işləri davam etdirilir

22 noyabr 2025 | 13:04
Yevlax şəhərində küçələrin asfaltlanması işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisindəki küçələrində asfaltlanması işləri davam etdirilir. Sonuncu dəfə XX əsrin 80-ci illərində təmir olunmuş M.Ə.Sabir küçəsində asfaltlanma işləri görülərək yekunlaşmışdır.
Uzunluğu 350, eni 6 metr olan M.Ə.Sabir küçəsinə giriş-çıxış yolları da daxil olmaqla ümumilikdə 2400 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər