Yevlax şəhərində daha bir küçəyə asfalt örtüyü salınıb
27 oktyabr 2026 | 18:06
Yevlax şəhərində daha bir küçəyə asfalt örtüyü salınıb
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrinin abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin edilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
Növbəti təmir işləri şəhərin Nəriman Nərimanov küçəsində davam etdirilib.
Belə ki, uzunluğu 430 metr, eni 8,6 metr olan Nəriman Nərimanov küçəsində giriş-çıxış yolları da daxil olmaqla, ümumilikdə 4498 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınıb.
Qeyd etmək istəyirik ki,Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində həyata keçirilən abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.






