Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində daha bir həyət abadlaşdırılıb

24 dekabr 2022 | 12:18
Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Belə ki, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhərin Heydər Əliyev prospekti 6 və 8 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Qeyd edilən binaların fasadında əsaslı təmir-bərpa işləri aparılıb, binaların giriş bloklarına seyf qapılar qoyulub, pəncərələr yeniləri ilə əvəz olunub, həyətdə işıqlandırma sistemi yenidən qurulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları, 6 ədəd işıq dirəyi quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 1800 kv.m asfalt örtüyü salınıb, 700 kv.m tamet daşı vurulub, 300 kv.m-dən artıq qazon salınıb, 500 p.m-dən artıq yeni bardürlər qoyulub, tullantılar üçün zibil konteynerləri yerləşdirilib.
Yaşıllıqların suvarılması üçün su xətti çəkilib, torpaq işləri görülüb, avtomobillər üçün parklanma yeri yaradılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.
Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər