Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhəri Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir

07 oktyabr 2023 | 14:14
Yevlax şəhəri Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir
Yevlaxda abadlıq-quruculuq işləri davamlı olaraq həyata keçirilir. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri şəhərə tamamilə yeni görkəm bəxş edir.
Hazırda şəhərin bir çox küçə, prospekt və məhəllədaxili yollarında təmir işləri aparılır və yeni asfalt örtüyü salınır, həmçinin piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud səkilər təmir olunur və yeni səkilər salınır.
Görülən işlər çərçivəsində şəhərin Heydər Əliyev prospektində piyadalar üçün nəzərdə tutulmuş səkilərin müasir memarlıq qaydalarına uyğun olaraq təmiri həyata keçirilir,səkilərə tamet daşları vurulur, yeni bardürlər qoyulur.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla abadlıq işləri davam etdirilir.
Keçidlər