Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi yeni tədris ilinə hazırdır

13 sentyabr 2026 | 12:45
Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi yeni tədris ilinə hazırdır
Ümumtəhsil məktəbi 1936-cı ildə inşa edilib. Məktəb binası ilk olaraq xəstəxana kimi fəaliyyət göstərib, sonralar isə təhsil müəssisəsinə çevrilib. Uzun illər əsaslı təmir olunmadığından məktəb binası yararsız vəziyyətə düşüb. Bu isə tədris prosesinin müasir tələblərə uyğun və normal şəkildə təşkilinə ciddi çətinliklər yaradıb.
2024-cü ildən etibarən məktəbin köhnə binası sökülərək onun yerində yeni, müasir və müasir tələblərə cavab verən məktəb binasının tikintisinə başlanılıb. 4 mərtəbədən ibarət olan yeni 528 şagird yerlik məktəb binasında artıq yeni tədris ilinə hazırdır. Təhsil ocağında şagirdlərin rahat və keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb.
Məktəbdə müasir laboratoriyalar, kitabxana, yeməkxana, ən son avadanlıqlarla təchiz edilmiş kompüter otaqları, emalatxana və idman zalı fəaliyyət göstərəcək.
Keçidlər