Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni əsrin güclü Lideri - Cənab İlham Əliyev” adlı tədbir keçirilib

27 may 2022 | 15:42

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin məsulvə əməkdaşları, rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlardan söhbət açaraq,həmin uğurlu siyasətin bariz nümunələrindən olan və Böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən geniş bəhs edib, dövlət başçısının yüksək Sərkərdəlik və əsl Liderlik keyfiyyətləri ilə öz ata vəsiyyətini layiqincə yerinə yetirməsindən, eyni zamanda dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq, Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Doğma Partiyamızın Sədri cənab İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in, AŞPA-nın kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb etdiyini, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruduğunu, müstəqil daxili və xarici siyasət yürütdüyünü bildirən yerli təşkilatın sədri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən geniş bəhs etdi.
Sonra tədbirdə çıxış edən Dini Qurumlarla İş Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə əməkdaşı Fərid Vaqifli bildirdi ki, 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyev Azərbaycanın parlaq perspektivi ilə bağlı ideyalarını, planlarını reallaşdırmağa başladı. YAP Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, hər zaman amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq olmuşdur.
Daha sonra tədbir iştirakçıları mərkəzində Azərbaycanın maraqlarının və insan faktorunun dayandığı müdrik siyasət ətrafında fikir mübadiləsi aparıblar.

Keçidlər