Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti tədbir keçirilib

06 aprel 2024 | 19:07
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti tədbir keçirilib
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini-baş həkim Gülağa Əzizov, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və səhiyyə işçiləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək dünyanın hələ də aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyini bildirib. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.O, həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək,dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Keçidlər