Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilmişdir

19 avqust 2025 | 16:05
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq “Ölkəmizin ərazi bütövlüyünün bərpası Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Nərmin Fərzəliyeva,YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əməkdaşları və gənclər iştirak etmişlər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Nərmin Fərzəliyeva çıxış edərək bildirdi ki, müasir Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dünyanın iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan Ölkəmiz müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sürətli inkişafa, yüksək sosial tərəqqi erasına məhz Xalqının Ümummilli Lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir.
Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Ərazi bütövlüyümüzün bərpası və Möhtəşəm Zəfərlə nəticələnən Vətən müharibəsindən sonra bütün dünya hər cür təzyiqlərə rəğmən, torpaqlarını azad etməyə qadir dövləti, Prezident İlham Əliyevin nümunəsində müdrik, qətiyyətli və cəsarətli siyasi Lideri gördü. Bu gün Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.
Bütün tarixi şəxsiyyətlər kimi, cənab İlham Əliyev də məhz tarix yaradan, tarixdə əbədi yaşayacaq, Azərbaycana Zəfər bəxş etmiş möhtəşəm Liderdir.
Nərmin Fərzəliyeva həmçinin qeyd etmişdir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirən sülh sazişinin mətni paraflanması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurlu nəticəsidir. Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə yekun sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığını deməyə əsas verir.
Sülh sazişinin imzalanmasında əsas həll edilməli məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin irəli sürdüyü bu tələb, Ermənistanın kapitulyasiya aktı olan 10 Noyabr razılaşmasında yer alırdı, lakin rəsmi İrəvan müharibədən sonra müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa çalışıb. Rusiyanın dəhlizdə mövcudluğunu qəbul etməyən Qərb ölkələri də bu məsələdə Ermənistana dəstək verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycanın tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin əldə edilməsi mövqeyində prinsipiallıq nümayiş etdirdi və Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.
Daha YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli,Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin kordioloq-həkimi Niyaz Hüseynov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Günel Cəfərova çıxışlarında bildirdilər ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir. Strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik ölkə yaratmaqdan ibarətdir. Və gözlərimizin önündə belə bir ölkə yaranır. Hamımız bu tarixi hadisənin canlı şahidləriyik. Azərbaycanın gələcəyi, şübhəsiz ki, İlham Əliyevin əzmi, rəhbərliyi və müdrik siyasəti ilə davam edəcəkdir.
Keçidlər