Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur

18 aprel 2026 | 16:13
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, həmçinin ŞİHB aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Ekskursiya zamanı iştirakçılar muzeydə qorunub saxlanılan, Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən zəngin eksponatlarla tanış olublar. Tarixi əşyalar, arxeoloji tapıntılar, etnoqrafik nümunələr və digər dəyərli materiallar, muzey əməkdaşları tərəfindən təqdim olunan ətraflı məlumatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların tarixi biliklərinin daha da zənginləşməsinə töhfə verib. Belə tədbirlərin keçirilməsinin milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Keçidlər