Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib
16 iyun 2023 | 14:25
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib.
Yevlax Şəhərində Heydər Əliyev Parkında baş tutan konsertdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə, idarə və müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər, gənclər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertin aparıcıları Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. Dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“Azərbaycançılıq” ideologiyasını da yaratdı. Ulu Öndərin dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu diqqətə çatdırdılar. Bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub,ərazi bütövlüyümüz bərpa edilib. Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə və ümumilikdə Azərbaycanın saysız-hesabsız uğurlar qazanması bir daha onu göstərdi ki, müstəqil Azərbaycanın Qurtuluşuna imza atmış tarixi şəxsiyyətin ideyaları bu gün yaşayır və əbədi olaraq da yaşayacaqdır!
Milli Qurtuluş Gününə həsr edilmiş bayram konsertində Respublikanın Əməkdar artsitləri Gülüstan Əliyeva, Ceyhun Qubadovun, tanınmış müğənnilər Samir Piriyevin, Vəfa Vəzirovanın, Nurlana Abdullayevanın,Taleh Yahyayevin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Akademik Filarmoniyasının,Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında səslənən bir–birindən möhtəşəm mahnılardan, milli rəqslərdən ibarət konsert proqramını sakinlər böyük coşquyla dinlədilər. Konsertdə yüksək səviyyəli bayram əhval-ruhiyyəsi yaşanıb.
Yevlax sakinləri Dahi Heydər Əliyevin xalqımıza bəxş etdiyi Qurtuluş bayramını böyük sevinc hissi ilə qeyd ediblər.