Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmiləri Şəhid övladlarını ilk dərsə apardı

16 sentyabr 2024 | 11:42
Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmiləri Şəhid övladlarını ilk dərsə apardı
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəxslərin ailə üzvlərinə, qazi olmuş şəxslərə Yevlaxda da daim diqqət və qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən Şəhid ailələrinin mütımadi olaraq ziyarət olunması, Şəhid ailələrinin və qazilərin xüsusi günlərində iştirak edilməsi,onlara maddi və mənəvi dəstək göstərilməsi artıq ənənə halını almışdır.
Hər il Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Şəhidlərimizin birinci sinifə gedən övladlarını valideyin qayğısı göstərərək dərsə aparır, onları sevindirirlər.
Bu ənənə 2024-2025-ci tədris ilində də davam etdirilmişdir. Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev rayonun Nemətabad kəndindən olan Vətən müharibəsi Şəhidi Məmmədov Sərxan Elxan oğlunun ilk dəfə birinci sinfə gedən övladı Sevanə Məmmədovanı dərsə aparmışlar. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Xaliq Əliyev və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, Şəhidin ailə üzvlərini təbrik etmiş, Sevanə Məmmədovaya gələcək həyatında uğurlar arzulamışlar.
Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova 44 günlük Vətən müharibəsi zamanı Şəhid olmuş Rüstəmov Emin Səid oğlunun övladı Nərmin Rüstəmovanı Salahlı kənd tam orta məktəbinə ilk dərsə apardı.Elnarə Əzizova Şəhidin ailə üzvlərini təbrik edərək, balaca Nərminə uğurlu məktəb illəri keçirməsini, atasının adına layiq övlad olmasını arzulamışdır.
İlk dəfə dərsə gedən Şəhid övladlarına Şəhər İcra Hakimiyyəti tərəfindən məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilmişdir.
Görüşlərdə həmçinin bildirilmişdir ki, Vətənə əmanət olan Şəhidlərin övladları daim dövlətin nəzarətindədirlər. Onlara Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər