Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Yuxarı Salamabad kəndində səyyar qəbul keçirib

03 iyul 2026 | 15:56
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Yuxarı Salamabad kəndində səyyar qəbul keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaş müraciətlərinin yerində dinlənilməsi və qaldırılan məsələlərin operativ həlli məqsədilə rayonun Yuxarı Salamabad kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Görüş zamanı sakinlər müxtəlif mövzularla bağlı müraciətlərini səsləndirmişlər. İcra Hakimiyyətinin Başçısı hər bir müraciəti diqqətlə dinləmiş, qaldırılan məsələlərin bir qisminin yerində həlli ilə bağlı müvafiq tapşırıqlar vermiş, araşdırılması tələb olunan müraciətlərin isə aidiyyəti qurumların nəzarətinə götürüldüyünü bildirmişdir.
Keçidlər