Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunan şəhid atası Məmmədov Elxan Əli oğlunu ziyarət edib

21 fevral 2026 | 11:41
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunan şəhid atası Məmmədov Elxan Əli oğlunu ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunaraq müalicəsini davam etdirən, 44 günlük Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Məmmədov İlham Elxan oğlunun atası Məmmədov Elxan Əli oğlunu ziyarət edib.
Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid atasının səhhəti, aparılan müayinə və müalicə prosesi ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Şəhidin atası Elxan Məmmədov və anası Bahar Məmmədova onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Yevlax rayonunun Nemətabad kəndində doğulan Məmmədov İlham Elxan oğlu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda gedən döyüşlərdə iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Keçidlər