Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xəstəxanada müalicə alan Şəhid ailələrinin üzvlərini və Birinci Qarabağ müharibəsinin qazisini ziyarət etmişdir

04 oktyabr 2025 | 14:39
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xəstəxanada müalicə alan Şəhid ailələrinin üzvlərini və Birinci Qarabağ müharibəsinin qazisini ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan Birinci Qarabağ müharibəsi şəhidi Paşayev Kənan Süleyman oğlunun anası Paşayeva Solmaz Mahmud qızını, 44 günlük Vətən Müharibəsi Şəhidləri Emin Kazımovun atası Fərman Kazımovu, Rasim Əmrahovun atası İmran Əmrahovu, Birinci Qarabağ müharibəsinin qazisi Quliyev Qadir Qardaşxan oğlunu ziyarət etmiş, onlara göstərilən səhiyyə xidməti və səhhətləri ilə maraqlanmış, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulamışdır.
Şəhid ailələrinin üzvləri və qazi onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər