Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xanabad kənd sakinləri ilə səyyar qəbul keçirmişdir

13 mart 2025 | 14:52
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xanabad kənd sakinləri ilə səyyar qəbul keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Xanabad kəndində sakinləri ilə keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulda iştirak edən sakinlər onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər