Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirib

27 avqust 2026 | 14:19
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Xaldan kəndində keçirib.
Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və Xaldan kənd sakinləri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.
İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə araşdırılıb, həlli vaxt tələb edən məsələlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarətə götürülməsi bildirilib.Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinə diqqətlə yanaşılması və vətəndaşların problemlərinin həlli istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər