Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşlarla növbəti səyyar qəbul keçirdi

31 avqust 2022 | 15:19

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşlarla növbəti səyyar qəbul keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Hacımahmudlu kəndində qrafikə uyğun olaraq növbəti səyyar qəbul keçirdi. Qəbulda Şəhər rəhbəri ilə yanaşı aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Qəbulda çıxış edən Şəhər rəhbəri Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi.
Sonra vətəndaşların təklifləri, müraciətləri və şikayətləri dinlənildi. Sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerində köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlər isə qeydiyyata alındı.
Vətəndaşlar onların müraciətlərinə diqqət göstərildiyinə görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər