Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinləyib

20 oktyabr 2026 | 15:54
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinləyib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinlərin müraciətlərinin dinlənilməsi, onları narahat edən məsələlərin öyrənilməsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirib.
Şəhər İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan qəbul zamanı vətəndaşlar müxtəlif mövzularla bağlı müraciət və təkliflərini səsləndirib, qarşılaşdıqları problemləri diqqətə çatdırıblar.
Vətəndaşları diqqətlə dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması, müraciətlərin operativ və obyektiv qiymətləndirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib
Keçidlər