Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi Şəhidinin ailəsini ziyarət etdi
15 oktyabr 2022 | 13:10
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi Şəhidinin ailəsini ziyarət etdi
Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Yevlax rayonunda da Ölkə Rəhbərinin tapşırıqlarına uyğun olaraq Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Şəhər İcra Hakimiyyətinin Başçısı və Aparatın məsul əməkdaşları mütəmadi olaraq belə ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Belə görüşlərin birində Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ŞİHB aparatının məsul əməkdaşları və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Nemətabad kəndindən olan Vətən Müharibəsi Şəhidi Məmmədov Sərxan Elxan oğlunun ailəsini ziyarət edib. Görüş zamanı Şəhər rəhbəri Şəhidin ailə üzvləri ilə söhbət edib, onların problem və təkliflərini dinləyib. Görüşdə Şəhid Sərxan Məmmədovun döyüş yoluna nəzər salınıb, döyüşlərdə göstərdiyi hünərdən, şücaətdən danışılıb.
Ziyarət zamanı şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.