Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı və Milli Məclisin deputatı vətəndaşları qəbul etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı və Milli Məclisin deputatı vətəndaşları qəbul etdi
Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və 48 saylı Yevlax seçki dairəsi üzrə Milli Məclisin deputatı İlham Məmmədov Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib, onların problem və müraciətlərini dinlədilər.
Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin və Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması üçün qeydiyyata alındı.