Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Xanabad kənd sakinlərinin müraciətləri dinlənilib
16 aprel 2026 | 17:48
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Xanabad kəndində keçirib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İcra Hakimiyyətinin Başçısı səyyar qəbulun gedişində sakinlər tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyərək, onların həll olunması istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar, tövsiyyələr verib.






