Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirildi

11 oktyabr 2022 | 15:58
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulu zamanı bir qrup rayon sakini ilə görüşüb. Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə 30-dan çox sakin iştirak edib.
Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmiş sakinlər İcra Başçısı tərəfindən dinlənilib, vətəndaşların qaldırdığı məsələlər araşdırılıb və həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər qəbuldan razı qaldıqlarını bildirərək, onlara göstərilən qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıq ediblər.
Keçidlər