Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şirvan Suvarma Kanalının rayon ərazisindən keçən hissəsində aparılan işlərlə yerində tanış olub
18 aprel 2026 | 11:53
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şirvan Suvarma Kanalının rayon ərazisindən keçən hissəsində aparılan işlərlə yerində tanış olub
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 8 aprel 2024-cü il tarixli “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncamının icrası çərçivəsində suvarma kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində işlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şirvan Suvarma Kanalının rayonun Xanabad kəndindən keçən hissəsində həyata keçirilən yenidənqurma işləri ilə yaxından tanış olub. Aidiyyəti məsul şəxslər tərəfindən İcra Hakimiyyətinin Başçısına görülən işlər barədə ətraflı məlumat verilib. Görüş zamanı görülən işlərin su təminatının artırılmasına, torpaqların daha səmərəli istifadəsinə və ümumilikdə regionun aqrar potensialının gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.






