Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə aparıb
15 sentyabr 2026 | 10:42
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə aparıb
15 Sentyabr - Bilik Günü olkəmizin hər yerində olduğu kimi Yevlax rayonunun da böyük təntənə ilə qeyd olunur.
Yeni tədris ilinin başlanması ilə əlaqədar hər il Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin birinci sinifə gedən övladlarını ilk dərsə aparır, onları sevindirirlər. Bu ənənə 2026-2027-ci tədris ilində də davam etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Kazımov Emin Fərman oğlunun birinci sinfə gedən övladı Fərman Kazımlını Yevlax şəhərindəki Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə ilk dərsə aparıb.
Əsaslı şəkildə yenidən qurularaq bu il istifadəyə verilən Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı məktəb kollektivini, şagirdləri və valideyinləri yeni tədris ilinin başlanılması münasibətilə təbrik edərək yeni-yeni nailiyyətlər arzulayıb. İcra Hakimiyyətinin Başçısı dövlətimizin və ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, Fərman Kazımlıya atasının adına layiq övlad olmasını, təhsilində uğurlar qazanmasını arzulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






