Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət etdi

15 iyul 2023 | 13:58
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət etdi
“Heydər Əliyev İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Yevlax Şəhər İcra Hakimiyyəti də şəhid ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına, hər bir işdə dəstək göstərilməsinə çalışır. Şəhər İcra Hakimiyyəti tərəfindən bu ailələrinin sosial problemlərinin araşdırılması üçün yaradılmış qruplar mütəmadi olaraq şəhid ailərinin evində olur, onların qayğıları ilə maraqlanır, vacib məslələrin aidiyyəti üzrə həll olunması üçün müvafiq köməklik göstərir.
Növbəti ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən Müharibəsində şəhid olmuş Məmmədov İsmayıl Vahid oğlunun ailə üzvləri ilə yaşadıqları evdə görüşüb. Görüş zamanı şəhidin mənalı, qəhrəmanlıqla dolu həyat yoluna nəzər salınıb, xatirlərindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, səfərbərliklə bağlı cənab Ali Baş Komandanın çağırışına necə sevinclə qoşulduqları vurğulanıb.
Görüş zamanı Şəhər rəhbəri bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tarixi qələbə qazandı, Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya gücümüzü sübut etdilər.
Şəhid İsmayıl Məmmədov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Səmimi keçən söhbət zamanı şəhid ailə üzvlərinin qaldırdıqları məsələlər həlli ilə əlaqədar müvafiq işlərin görülməsi üçün qeydə alınıb.
Görüşdə şəhidin ailə üzvləri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Keçidlər