Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid anası və qazini qəbul etdi
13 iyul 2022 | 14:02
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid anası və qazini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz düşməni diz çökdürdü, 30 illik həsrətə son qoyaraq torpaqlarımızı işğalçılardan təmizlədi.
Yevlax rayonunun da igid oğulları Vətən müharibəsində böyük şücaət və əsl qəhrəmanlıq nümayiş etdirdilər.
Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşılır, onları mütəmadi olaraq qəbul edilir,evləri ziyarət edilərək problemlərini dinlənilir, həll olunması üçün müvafiq tədbirlər görülür. Şəhər İcra Hakimiyyətində yaradılan qruplar şəhid ailələri və qazilərin sosial problemləri ilə bağlı onları müntəzəm olaraq ziyarət edirlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Vətən Müharibəsinin Əcəmi kəndindən olan Şəhidi Nağıyev Nicat Azad oğlunun anası Raisə Nağıyevanı, Vətən Müharibəsi qazisi Cavid Mustafayevi qəbul etmişdir. Qəbul zamanı Şəhər Rəhbəri bütün şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı.
Şəhər Rəhbəri Şəhidimizin anasının və qazinin müraciətlərini diqqətlə dinlədi, qaldırdıqları məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdi. Həmçinin qeyd etdi ki, bu kateqoriyadan olan insanlar daim diqqətdə saxlanılır, onlara qayğı ilə yanaşılır.
Şəhid anası və qazi şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.