Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini ziyarət edib

11 sentyabr 2026 | 17:27
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış kapitan İsmayılov Kamran Vaqif oğlunun övladı Kənan İsmayılzadənin səhhətində yaranmış problemlə bağlı əməliyyat olunması ilə əlaqədar Şəhidin ailə üzvlərini ziyarət edib.
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid övladının səhhəti ilə maraqlanıb, ona Allahdan şəfa diləyib, müalicəsinin gedişi və hazırkı sağlamlıq vəziyyəti barədə məlumat alıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin ən mühüm prioritetlərindən biri Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə yüksək diqqət göstərilməsidir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər
Keçidlər