Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid ailələri ilə görüş keçirmişdir

05 sentyabr 2025 | 12:12
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid ailələri ilə görüş keçirmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bir qrup Şəhid ailəsi ilə görüşmüşdür. Şəhər İcra Hakimiyyətinin inzibati binasında çay süfrəsi arxasında keçən görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Möhtərəm Prezientimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı Şanlı Zəfər danışmış, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Qeyd etmişir ki, Yevlax rayonunda da Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür.
Səmimi şəraitdə keçən görüşdə şəhid ailələrinin üzvləri bir neçə gün öncə işğaldan azad olunmuş ərazilərə, Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfərlərinin təşkil olunduğunu, səfər zamanı yol boyu tikinti işləri başa çatdırılaraq yenidən qurulmuş abadlaşdırılmış kəndlərimizdə həyat qaynadığının şahidi olduqlarını qeyd edərək,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, qətiyyətli siyasət nəticəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun tezliklə cənnətə çevriləcəyini bildirdilər.
Şəhid ailələrinin üzvləri Ölkə rəhbərliyinin diqqət və qayğısını daima öz üzərlərində hiss etdiklərini, onlara göstərilən diqqət və qayğıya, sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı görülən bütün işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər