Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Rüstəmli kəndində səyyar vətəndaş qəbulu keçirib
17 sentyabr 2026 | 18:09
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Rüstəmli kəndində səyyar vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar vətəndaş qəbulunu Rüstəmli kəndində keçirib. Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri və Rüstəmli kənd sakinləri iştirak ediblər.
İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib. Həlli digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan müraciətlərin isə aidiyyəti üzrə təqdim edilərək nəzarətdə saxlanılması tapşırılıb.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin müraciətlərinə həssas və diqqətli yanaşılması, eləcə də yerlərdə vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.






