Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı rayonunu Boşçalı kəndində səyyar qəbul keçirmişdir.

07 sentyabr 2023 | 15:44
Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev,Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun xidməti təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Yevlax rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən şəhər rəhbəri rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulun gedişi zamanı kənd sakinlərini maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Keçidlər