Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı rayonun Nurallar kəndində səyyar vətəndaş qəbulu keçirib
23 aprel 2026 | 17:05
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı rayonun Nurallar kəndində səyyar vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Nurallar kəndində keçirib. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərini diqqətə çatdırıblar. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb, araşdırılması tələb olunan problemlərlə bağlı isə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar və tövsiyələr verilib.






