Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoyunbinəsi kəndində səyyar qəbul keçirib
05 mart 2026 | 14:06
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoyunbinəsi kəndində səyyar qəbul keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev səyyar qəbul qrafikinə əsasən növbəti səyyar qəbulunu rayonun Qoyunbinəsi kəndində keçirib.
Qəbulda təkliflər və problemlər dinlənilib. Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlərin görülməsi barədə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyyələr verilib.






