Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qaraoğlan kəndində səyyar qəbul keçirib
22 oktyabr 2026 | 14:36
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qaraoğlan kəndində səyyar qəbul keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, onları narahat edən məsələlərin araşdırılması və qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə növbəti səyyar qəbulu rayonun Qaraoğlan kəndində keçirib.
Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçı tərəfindən səyyar qəbulda iştirak edən kənd sakinlərinin müraciətləri dinlənilib, səsələndirilən məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Vətəndaşların müraciətlərində əks olunan məsələlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.






