Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qaramanlı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib

09 iyul 2026 | 13:38
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qaramanlı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaş müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həlli məqsədilə növbəti səyyar vətəndaş qəbulunu rayonun Qaramanlı kəndində keçirib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məsələlərlə bağlı müraciətləri dinləyib.Qəbulun gedişində qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb
Keçidlər