Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı pambıq sahəsində olmuşdur
05 avqust 2026 | 15:24
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı pambıq sahəsində olmuşdur
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonda pambıqçılığın inkişafı istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə “Prime-Cotton” Yevlax filialı ilə müqavilə bağlayaraq pambıq əkini aparmış fermer Əhmədov Mirəhməd Mirəli oğlunun əkin sahəsinə baş çəkmişdir.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı pambıq sahəsinin mövcud vəziyyəti ilə tanış olmuş, əkinlərin becərilməsi, həyata keçirilən aqrotexniki tədbirlər, suvarmanın təşkili və məhsuldarlıq perspektivləri barədə ətraflı məlumatlandırılmışdır.
Şəhər İcra Hakimiyyətinin Başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirmişdir ki, cənab Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində pambıqçılıq sahəsində müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət tərəfindən zəruri dəstək tədbirləri davam etdiriləcəkdir.
Şəhər rəhbəri cari mövsümdə məhsuldarlığın daha da artırılması məqsədilə aqrotexniki qulluq qaydalarına ciddi əməl olunmasının vacibliyini qeyd etmiş, müvafiq tapşırıq və tövsiyələr vermişdir.






