Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
03 dekabr 2024 | 14:31
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
Qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qəbula yazılan sakinləri həssaslıqla dinləmiş,onları narahat edən məsələlərlə yaxından tanış olmuşdur.
Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tövsiyələr edilmişdir.
Sakinlərə qaldırdıqları müraciətlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilmiş, digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.