Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
15 iyul 2025 | 14:41
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən həftənin müəyyən olunmuş günlərində həm Şəhər İcra Hakimiyyətinin inzibati binasında, həm də rayonun digər kənd və qəsəbələrində vətəndaş qəbulları keçirilir.
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti vətəndaş qəbulu 15.07.2025-ci il tarixdə İcra Hakimiyyətinin inzibati binasında keçirilmişdir. Qəbul zamanı sakinlərin hər biri ayrılıqda dinlənilmiş, vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunmuş, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.






