Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
17 mart 2026 | 13:51
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirib
17.03.2026-cı il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda iştirak edən sakinlər müxtəlif məzmunlarda müraciətlərini səsləndiriblər. İcra Hakimiyyətinin Başçısı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli üçün aidiyyəti üzrə konkret tapşırıq, tövsiyələrini verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.






