Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu həyata keçirdi

29 avqust 2023 | 18:05
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlərin müxtəlif mövzulardakı müraciətləri dinlənilib,qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin sakinlərə bildirilib ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Yevlax şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az/ portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər