Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar vətəndaş qəbulunu Hacıselli kəndində keçirmişdir

23 may 2024 | 15:34
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Havarlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Hacıselli kəndində növbəti səyyar vətəndaş qəbulu keçirmişdir. Qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə və müəssisə rəhbərləri və kənd sakinlər iştirak etmişlər.
Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar vermişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Yevlax rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən bəhs etmiş, sakinlərin müraciətləri ilə bağlı həyata keçiriləcək tədbirlər barədə müvafiq izahatlar verdi. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yevlax rayonunda görülən işlərdən danışılmışdır.
Şəhər rəhbəri həmçinin Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi, doğma yurdlarına qayıtmasının Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əsas hədəflərindən biri kimi müəyyənləşdirildiyini,bütövlükdə Azərbaycan ictimaiyyətinin bu amal uğrunda səfərbər olmasının vacibliyini bildirdi.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilmişdir.
Keçidlər