Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Yuxarı Bucaq kəndində keçirib
01 oktyabr 2026 | 17:00
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Yuxarı Bucaq kəndində keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, müraciətlərinə operativ baxılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə növbəti səyyar qəbulunu rayonun Yuxarı Bucaq kənd sakinləri ilə keçirib. Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, eləcə də Yuxarı Bucaq kəndinin sakinləri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər və problemlər müzakirə olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinlərin müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin aidiyyəti qurumların iştirakı ilə araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verib.






